Qərb dövlətləri İranı MAQATE ilə bağlı hədələyib

Qərb dövlətləri İranı MAQATE ilə bağlı hədələyib
  15 Sentyabr 2023    Oxunub:721
ABŞ və JCPOA-nın (İranın nüvə problemi üzrə 5+1 formatı) avropalı üzvləri İranı MAQATE ilə “dərhal və əsaslı” əməkdaşlığa getməyəcəyi e təqdirdə, qurumun Rəhbərlik Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməni təsdiqləyəcəkləri ilə hədələyiblər.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ, İngiltərə, Fransa və Almaniya İrandan elan edilməmiş ərazilərində aşkarlanmış uranın mənşəyi ilə bağlı MAQATE-nin suallarına cavab verməsini istəyiblər. Əks halda Qubernatorlar Şurasının yeni qərarı da daxil olmaqla, Tehrana qarşı əlavə tədbirlər görüləcək.

Lakin Qubernatorlar Şurasının qərarı ilə üzləşməmək üçün İranın hansı müddətə əməkdaşlıq etmək imkanının olduğu açıqlanmayıb.

Təxminən üç ildir ki, İran hökuməti üç elan olunmamış sahədə aşkarlanan uran hissəciklərinin mənşəyini izah etməkdən yayınmaqala yanaşı, MAQATE-nin onun nüvə fəaliyyətlərinə nəzarəti də ciddi şəkildə məhdudlaşdırıb.

MAQATE-nin son hesabatına əsasən, bu ilin martında nüvə proqramına aydınlıq gətirmək üçün qurumla daha çox əməkdaşlığa dair razılaşmaya baxmayaraq, İran çox addım atmayıb və bu yayın əvvəlindən əməkdaşlıqda heç bir irəliləyiş müşahidə edilməyib.
AzVision.az


Teqlər: İran   JCPOA  





Xəbər lenti