SEPAH iki xarici gəmini ələ keçirib

SEPAH iki xarici gəmini ələ keçirib
  15 Sentyabr 2023    Oxunub:782
SEPAH dəniz qüvvələri qaçaqmalçılıqla “1,5 milyon litr yanacaq daşıyan” iki xarici gəmini ələ keçirib.
AzVision.az “Fars” agentliyinə istinadən xəbər verir ki, SEPAH-ın üçüncü bölgəsinin dəniz qüvvələri komandirinin müavini Məhəmməd Şərif Şirəlinin sözlərinə görə, 37 ekipaj üzvü olan, Panama bayrağı altında üzən bu iki gəmi ölkəni tərk edərkən saxlanılıb. Gəmilərin ekipaj üzvlərinin müxtəlif ölkələrdən olduğu bildirilir.

Son bir neçə ildə SEPAH qaçaqmalçılıqla yanacaq daşıyan gəmilərin ələ keçirildiyini dəfələrlə elan etsə də, həbs olunanların milliyyəti ilə bağlı nadir hallarda izahat verir.
AzVision.az


Teqlər: SEPAH   gəmilər  





Xəbər lenti