BMT: "Etirazların ildönümündə Tehran qadınlara qarşı təzyiqləri gücləndirib"

   BMT:    "Etirazların ildönümündə Tehran qadınlara qarşı təzyiqləri gücləndirib"
  15 Sentyabr 2023    Oxunub:713
İranda Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində qadın və qızlara, etirazçılara və qurbanların ailələrinə qarşı hökumətin repressiya tədbirləri güclənib.
AzVision.az xəbər verir ki, BMT-nin faktaraşdırıcı komitəsi ötən il dekabrın əvvəlində İranda keçirilən etirazların kütləvi şəkildə yatırılmasından sonra BMT-nin İnsan Haqları Şurasının üzvlərinin əksəriyyəti tərəfindən yaradılan bu qurumun İran hökumətinin qadınlara və qızlara qarşı artan təzyiqlərindən və onların təqiblərindən dərin narahatlığını ifadə etdiyini vurğulayıb.

Faktaraşdırıcı komitə daxil olan və hələ də müxtəlif aspektlərdə araşdırılan məlumatlara istinadən İranı etirazçıları lüzumsuz və qeyri-mütənasib güc vasitəsi ilə sıxışdırmaqda, əsassız həbslərdə, ədalətsiz məhkəmələrdə, məhkəmədən kənar edamlarda və qurbanların ailələrinə təzyiq göstərməkdə ittiham edib.

“Əvvəla, Məhsa həbs edilməməli idi. Məhsanın həbsdə dünyasını dəyişməsindən bəri İran hökuməti həqiqəti üzə çıxarmaq, ədalətin bərqərar olması və onun ailəsinə və ya digər qurbanların ailələrinə, qadınlara, qızlara və hüquqları pozulan bütün insanlara təzminat ödəmək üçün heç bir addım atmayıb. Bunun müqabilində İran öz vətəndaşlarına qarşı repressiya və cavab tədbirlərini ikiqat artırıb, qadın və qızların hüquqlarını daha da pozan yeni və daha sərt qanunlar qəbul etməyə çalışır”, - komitənin rəhbəri Sara Hüseyn deyib.

Faktaraşdırıcı Komitə Tehranın bu hərəkətlərini pisləməklə, həlak olanların ailələrinin öz inanclarına uyğun olaraq, yaxınlarının xatirəsini yaşatmaq hüququna malik olduğunu vurğulayıb.

Komitə bildirib ki, beynəlxalq hüquqa əsasən, hökumət həlak olanların ailələrinin hadisənin mahiyyətini araşdırmaq, ədalət və təzminat tələb etmək hüququna hörmət etməli, hədə-qorxu, təqib və qisas almaqdan çəkinməlidir.
AzVision.az


Teqlər: İran   BMT  





Xəbər lenti