İstanbulda kafedə atışma, bir nəfər azərbaycanlı yaralanıb
Kafedəki qrup da mikroavtobusa minərək oradan qaçıb. Silahlı qarşıdurma zamanı təsadüfən kafedə müştəri olan Azərbaycan əsilli 37 yaşlı E.A sol qolundan və ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilərək müalicə olunub.
Polis atışmada iştirak edən 7 nəfəri saxlayıb. Onlardan 6-nın İsveç vətəndaşı olduğu qeyd edilir. Həmin şəxslərdən 5 nəfəri həbs edilib, 1 nəfər ölkədən deportasiya edilib.
Şübhəlilərin olduğu mikroavtobusu idarə edən sürücü prokurorluğa verdiyi ifadədən sonra sərbəst buraxılıb.
Hazırda polis motoskiletli digər iki atəş açan şəxsi axtarır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: