Peskov: "Bakı və İrəvanla müxtəlif variantları müzakirə edirik”

      Peskov:    "Bakı və İrəvanla müxtəlif variantları müzakirə edirik”
  15 Sentyabr 2023    Oxunub:1042
Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi brifinqdə Laçın dəhlizi ilə bağlı məsələlərə toxunub.
AzVision.az xəbər verir ki, o, Moskvanın Laçın dəhlizi məsələsində Bakı və İrəvanla əməkdaşlığını davam etdirdiyini deyib.

Kreml Bakı ilə İrəvan arasındakı gərginlikdən narahatdır - Peskov
Jurnalistin Kremlin ABŞ-ın Laçın dəhlizinin "açılması" ilə bağlı çağırışlarını necə qiymətləndirdiyi ilə bağlı sualına cavab verən Peskov qeyd edib ki, Moskva bu istiqamətdə fəaliyyətini dayandırmayacaq: “Rusiya tərəfi Həm Bakı, həm də İrəvanla öz işini ardıcıl olaraq davam etdirəcək. Humanitar yardımın ilk partiyası yenicə çatdırlıb. Biz işləri davam etdirəcəyik, indi hər iki tərəflə müxtəlif variantlar müzakirə olunur və işlənir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peskov   Laçın-Dəhlizi  





Xəbər lenti