Rusiya Kim Çen Inın “Mirotvorets” saytına salınmasını təxribat adlandırdı

 Rusiya Kim Çen Inın  “Mirotvorets”  saytına salınmasını təxribat adlandırdı
  15 Sentyabr 2023    Oxunub:912
Rusiya Şimali Koreya lideri Kim Çen Inın Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilməsini pisləyib.
AzVision.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu addımı təxribat adlandırıb.

Şimali Koreya liderinin məlumatları sayta sentyabrın 6-da əlavə olunub. Onun qara siyahıya düşməsinə səbəb kimi “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təcavüz” və Rusiya Federasiyasının fəaliyyətinə şəriklik göstərilib.

Qaluzinin sözlərinə görə, bu, təxribatdan başqa Rusiyanı və onun tərəfdarlarını boşuna qorxutmaq cəhdidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti