Putin: "Amerika tanqo oynaya bilmir" - VİDEO

  Putin:  "Amerika tanqo oynaya bilmir" -  VİDEO
  15 Sentyabr 2023    Oxunub:1638
Rusiya prezidenti Vladimir Putin deyib ki, Birləşmiş Ştatlar ikilikdə “tanqo rəqsi” etməyi bacarmır və bütün məsələləri güc yolu ilə həll etməyə çalışır.
AzVision.az xəbər verir ki, bu barədəTASS məlumat yayıb.

“Amerikalılara gəlincə, onlar özləri bu tanqonu necə oynayacaqlarını bilmirlər. Əlbəttə, bu, gözəl, heyrətamiz musiqi və hərəkətlərdir, lakin ABŞ hər şeyi güc mövqeyindən həll etməyə çalışır”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, ABŞ arsenalına sanksiyalarla yanaşı, hərbi gücdən istifadə də daxildir.

Sentyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin “hər hansı bir əhəmiyyətli diplomatiya” ilə maraqlandığına dair heç bir əlamət yoxdur.

Blinkenin fikrincə, əgər Putin “maraq göstərərsə”, Ukrayna tərəfi dərhal “işə qarışacaq” və Kiyevdən sonra Vaşinqton danışıqlar prosesinə girəcək. O qeyd edib ki, "tanqo üçün iki nəfər lazımdır."



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti