Human Rights Watch BMT ölkələrini İranın heyətini məsuliyyətə cəlb etməyə çağırıb

Human Rights Watch BMT ölkələrini İranın heyətini məsuliyyətə cəlb etməyə çağırıb
  15 Sentyabr 2023    Oxunub:945
“Human Rights Watch” BMT-yə üzv ölkələrin nümayəndələrini qurumun Baş Assambleyasında iranlı həmkarları ilə etirazçıların “şiddətli repressiyaları”nı müzakirə etməyə çağırıb.
AzVision.az xəbər verir ki, Human Rights Watch təşkilatı yaydığı yeni bəyanatda BMT-yə üzv dövlətlərin nümayəndələrinə fəalları, sənətçiləri, alimləri, hüquqşünasları, tələbələri, ölənlərin ailələrini, vətəndaş cəmiyyəti üzvlərini və “zülmə qarşı davamlı müqaviməti üçün çox ağır bədəl ödəyənlərin hamısını” müzakirələr zamanı dəstəkləməyi tövsiyyə edib.

“İran hakimiyyəti müxalifətə məhdudiyyətlər qoymaqla hakimiyyətin qadınlara sistematik təzyiqi, ədalətsizliyi və cəzasızlığının simvoluna çevrilmiş Məhsa Əmininin həbsdə ölümünün anılmasının qarşısını almağa çalışır. Ancaq İran hakimiyyəti repressiyaları və ümidsizliyi artıraraq, əsaslı dəyişikliklər üçün daha yüksək səslə qışqırmaqla İran cəmiyyətindəki müqaviməti və həmrəyliyi məhv edə bilməz”, - bəyanatda deyilir.

BMT Baş Assambleyasının sessiyası sentyabrın 18-də Nyu-Yorkda başlayacaq və bir həftə davam edəcək. Verilən açqılamalara görə, sessiyada iştirak etmək üçün İran Prezidenti İbrahim Rəisi ABŞ-a gedəcək.
AzVision.az


Teqlər: İran   BMT  





Xəbər lenti