Keçmiş prezident və keçmiş baş nazir dövlətə xəyanətdə günahlandırılır

   Keçmiş prezident və keçmiş baş nazir dövlətə xəyanətdə günahlandırılır
  15 Sentyabr 2023    Oxunub:931
Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətinin uzadılmasını nəzərdə tutan 2010-cu il Xarkov sazişləri ilə bağlı işdə dövlətə xəyanətdə təqsirləndirən keçmiş prezident Viktor Yanukoviç və keçmiş baş nazir Nikolay Azarova qarşı ittiham aktı Ukrayna məhkəməsinə təqdim edilib.
Bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram kanalında məlumat verilib. Bəyanatda deyilir ki, sabiq prezident Ukrayna konstitusiyasının tələblərini və “Ukraynanın beynəlxalq müqavilələri haqqında” qanunu pozaraq, 2010-cu il aprelin 21-də Xarkov şəhərində ölkə adından saziş imzalayıb.

Məlumata görə, elə həmin gün keçmiş baş nazir Xarkov sazişlərinin hökumət tərəfindən təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Baş Prokurorluq təqsirləndirilən şəxslərin adını açıqlamır. RBC-Ukrayna agentliyi qeyd edir ki, söhbət Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və keçmiş baş nazir Nikolay Azarovdan gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti