Bayden Vaşinqtonda Zelenski ilə görüşəcək

   Bayden Vaşinqtonda Zelenski ilə görüşəcək
  15 Sentyabr 2023    Oxunub:933
ABŞ prezidenti Co Bayden Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, Amerika lideri sentyabrın 21-də ukraynalı həmkarını Ağ Evdə qəbul etmək üçün Nyu-Yorkdan ABŞ paytaxtına qayıdacaq.

Bu, Baydenin Zelenski ilə üçüncü görüşü olacaq. Bundan əvvəl ABŞ və Ukrayna prezidentləri 2023-cü ilin fevralında danışıqlar aparıblar. Liderlər daha sonra Kiyevdəki Müqəddəs Mixail kilsəsində görüşüb və Ukraynanın enerji, infrastruktur və Qərbdən iqtisadi dəstəyə ehtiyaclarını müzakirə ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti