ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

   ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
  15 Sentyabr 2023    Oxunub:1035
Vaşinqton gələn həftə Kiyevə növbəti hərbi yardım paketini təqdim edəcəyini elan edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ daim Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketləri hazırlayır.

“Gələn həftə Ukraynaya əlavə resurs və silahların ayrılması ilə bağlı açıqlama gözlənilə bilər”, - deyə o bildirib. Sallivanın sözlərinə görə, silah Ukrayna ordusuna əks hücumda kömək edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti