27 ildən sonra boşandılar

   27 ildən sonra boşandılar
  15 Sentyabr 2023    Oxunub:1011
Məşhur avstraliyalı aktyor Hyu Cekman 27 illik evliliyindən sonra aktrisa Deborra-Li Cekmandan boşanır.
Bu barədə “People” jurnalı cütlüyün bəyanatına istinadən məlumat yayıb.

“Bəxtimiz gətirdi, təxminən üç onillik gözəl, sevgi dolu bir evliliyə sahib olduq. İndi fərdi inkişafımızı davam etdirmək üçün yollarımızı ayırırıq”, -bəyanatda deyilir.

Keçmiş həyat yoldaşları əlavə etdi ki, ailə həyatlarında həmişə əsas prioritet olub və olacaq. Onların şəxsi həyatına anlayış və hörmət etdikləri üçün pərəstişkarlarına təşəkkür ediblər.

Cütlük çətin dövrdən keçirdiklərini vurğulayıblar. Hyu və Deboranın iki övladlığa götürülmüş övladı var - 23 yaşlı Oskar və 18 yaşlı Ava.

Cekman "İks adamlar", "Məhkumlar", "Keyt və Leo", "Prestij" və bir çox başqa filmlərdəki rolları ilə tanınır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti