Sistan və Bəlucistan vətəndaşları təhdid dolu mesajlar alırlar

 Sistan və Bəlucistan vətəndaşları təhdid dolu mesajlar alırlar
  16 Sentyabr 2023    Oxunub:1099
Məhsa Əmininin ölümünün ildönümündə Sistan və Bəlucistan vətəndaşlarına geniş miqyasda təhdid dolu mətn mesajları göndərilir.
AzVision.az Sistan və Bəlucistanla bağlı xəbərləri işıqlandıran “Haalvsh” saytına istinadən bildirir ki, Məhsa Əmininin ölümünün ildönümü, ümummilli etirazlar və Zahidan Qanlı Cümə günü ərəfəsində bu əyalətdə “mobil telefon abunəçilərinə təhdid mesajlarının göndərilməsi” davamı edir.
Məlumata görə, “telekommunikasiya şirkətləri” ümumi əyalət üzrə bütün vətəndaşlara ayrı-seçkilik etmədən təhdid mesajları göndərirlər.

Bu mesajlar heç bir fərq qoymadan və toplu şəkildə, hətta kiberməkanda olmayanlara da ünvünlanıb.

“Hörmətli istifadəçi, sizin ötən il keçirilən toplantılarda və iğtişaşlarda iştirakla bağlı keçmişiniz olub. Bu cür hərəkətlər, xüsusən də qanunsuz toplantılarda və iğtişaşlarda iştirak etmək, ictimai və dövlət əmlakının dağıdılması qanunla müəyyənləşdirilmiş qaydada məhkəmə məsuliyyətinə cəlb olunur. Buna görə də onun nəticələrinin qarşısını almaq üçün belə toplantılarda iştirak etməkdən çəkinin. Hörmətlə Sistan və Bəlucistan əyalətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması təşkilatı”, - mesajlarda deyilir.

Sistan və Bəlucistan əyaləti ötənilki ümummilli etirazlar zamanı ən çox və davamlı etirazların şahidi olan əyalətlərdən biridir. Həmin vaxt bu əyalətdə geniş internet kəsilmələri yaşanıb.
AzVision.az








Teqlər: İran   təhdidlər  





Xəbər lenti