BQXK prezidenti Putinlə görüşmək istəyir

   BQXK prezidenti Putinlə görüşmək istəyir
  16 Sentyabr 2023    Oxunub:1039
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi ümid edir.
Bu barədə təşkilatın paytaxtdakı nümayəndə heyətinin rəhbəri Boris Mişel bildirib. Onun sözlərinə görə, BQXK rəhbəri bu ilin sonuna qədər Moskvaya gələcək. Ötən həftə BQXK prezidenti artıq Çin lideri Si Cinpinlə görüşüb, indi o, Putinlə şəxsən danışmaq istəyir.

Mişel həmçinin bildirib ki, BQXK Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçi kimi çıxış etməyə hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti