Bayden: "Amerika hələ də İran xalqının yanında olmağa sadiqdir"

“Keçən il şahidi olduğumuz kimi, Məhsanın hekayəsi onun vəhşicəsinə ölümü ilə bitmədi. Davamlı zülm və zorakılıq qarşısında İran vətəndaşları hələ də bu hərəkata və azad və demokratik gələcək uğrunda mübarizələrinə sadiqdirlər. İranlılar öz ölkələrinin taleyini təkbaşına təyin edəcəklər, lakin ABŞ onların yanında olmağa sadiqdir. Bu gün biz Məhsanın ürəkağrıdan ölümünü xatırlayaraq, onun missiyasına əməl edən cəsur İran xalqına sadiqliyimizi bir daha təsdiq edirik. Onlar öz möhkəmlikləri və qətiyyətləri ilə dünyanı ruhlandırırlar. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə onların yanındayıq”, - Bayden deyib.
Bəyanatda Vaşinqtonun, digər məsələlərlə yanaşı, iranlıların öz gələcəklərini müdafiə etmək qabiliyyətini dəstəkləmək üçün indən sonra da lazımi dəstəyi verəcəyi vurğulanır.
AzVision.az