İranın bir qrup vətəndaşı və qurumları ABŞ-nin sanksiyalar siyahısına salınıb

Yeni sanksiyalara həmçinin bir sıra yüksək vəzifəli SEPAH məmurları, polis qüvvələrinin, məhkəmə sisteminin, “Duran” internet şirkətinin yüksək vəzifəli əməkdaşları, Fars və Tasnim xəbər agentliklərinin baş direktorları daxildir.
“Məhsa Əmininin öldürülməsindən sonra İran rejimi tərəfindən ümummilli etirazların zorakılıqla yatırılması ilə əlaqədar Böyük Britaniya, Avstraliya və Kanada da daxil olmaqla xarici tərəfdaşlar tərəfindən koordinasiya edilən bu sanksiyalar rejimin təhlükəsizlik qüvvələrinin əsas üzvlərini, SEPAH, polis qüvvələri, İran həbsxana təşkilatının rəhbərini, həmçinin rejimə qarşı sistemli senzura və internetə çıxışın bloklanması ilə bağlı üç fiziki şəxs və bir şirkəti əhatə edir”, - bəyanatda deyilir.
Bundan bir neçə saat əvvəl isə Böyük Britaniya da insan haqlarını pozduğuna görə İranın bəzi rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az