MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib
  16 Sentyabr 2023    Oxunub:1121
Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib, sənədlər imzalanıb.
DİN-dən AzVision.az -a bildirilib ki, Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda MDB ölkələrinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti