İrandakı aksiyalarda öldürülən daha bir şəxsin kimliyi məlum olub

İrandakı aksiyalarda öldürülən daha bir şəxsin kimliyi məlum olub
  16 Sentyabr 2023    Oxunub:1844
İranda ötənilki üsyan zamanı öldürülən və indiyə qədər adı açıqlanmayan vətəndaş haqqında məlumat üzə çıxıb.
AzVision.az “İran İnternational” media resursuna istinadən xəbər verir ki, bu etirazçının Xürrəmabad sakini 58 yaşlı Həmidrza Kərəmi olduğu təsdiqlənib.

Həmidrza Kərəmi ötən il noyabrın 22-də Xürrəmabadda itkin düşüb və təxminən 40 gün sonra onun cansız bədəni Xürrəmabadın Səfidkuh bölgəsində tapılıb. Onun üzündə, burnunda, gözlərində, mədəsində, əllərində və sağ budunda çoxlu xəsarətlər aşkarlanıb.

Təhlükəsizlik əməkdaşları Kərəminin ailəsi ilə əlaqə saxlayaraq, onun intihar etdiyini bildiriblər. Onun ailəsi dekabrın 30-da Kərəminin intiharı və tez dəfn olunması ssenarisini qəbul etmək məcburiyyətində qalıb.

Həmidrza Kərəmi əvvəllər də siyasi və vətəndaş fəaliyyəti ilə məşğul olub. O, son illərdə dəfələrlə təhlükəsizlik və məhkəmə qurumları tərəfindən çağırılıb və 2020-ci ildə Daxili İşlər nazirliyinin qarşısında təqaüdçülərin toplantısı zamanı bir dəfə həbs edilib.
AzVision.az


Teqlər: İran   qətllər  





Xəbər lenti