ABŞ: İran hələ Məhsanın ölümü ilə bağlı orijinal araşdırma aparmayıb

“İran hələ də Məhsanın, eləcə də digər etirazçıların həbsdə olarkən ölümü ilə bağlı etibarlı araşdırma aparmayıb. Bu il biz yenə də Kanada, Fransa, Norveç, Böyük Britaniya və Avropa İttifaqına qoşularaq, İranda insan haqlarının ağır vəziyyətini vurğulayan, ədalətə və hesabata çağıran BMT qətnaməsini dəstəkləyəcəyik. Biz qadınlar üçün dayanırıq, həyat üçün dayanırıq və azadlıq üçün dayanırıq. İran qadınlarının və xalqının yanında olmaq öhdəliyimiz sarsılmayıb və sarsılmayacaq”, - xanım Qrinfild vurğulayıb.
Linda Tomas Qrinfild həmçinin BMT-nin faktaraşdırıcı komitəsinin Məhsanın ölümünün ildönümündə etirazçılara, onların ailə üzvlərinə qarşı repressiya və qisas tədbirlərinin gücləndirilməsi ilə bağlı hesabatından narahatlığını bildirib.
O, həmçinin İran qarşısında BMT-nin faktaraşdırıcı komitəsinin təhqiqatı ilə tam əməkdaşlıq etməyi, Məhsanın ölümü və dinc nümayişçilərin öldürülməsinin səbəbkarlarını məsuliyyətə cəlb olunması tələbini qoyub.
AzVision.az