Çinin neftayırma zavodları ABŞ-nin məhdudiyyətlərini pozur

Çinin neftayırma zavodları ABŞ-nin məhdudiyyətlərini pozur
  16 Sentyabr 2023    Oxunub:1085
Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft tədarükünün azaldılması müddətinin uzadılmasından sonra Pekin İrandan idxalını artırıb. Beləliklə də, Vaşinqtonun sanksiyalarına baxmayaraq, Tehran neft hasilatında və ixracında xeyli irəliləyib.
AzVision.az “Reuters” agentliyinin məlumatına istinadən xəbər verir ki, Çindəki bəzi kiçik və müstəqil neft emalı zavodları İran neftini endirimlə alsalar da, iri dövlət neftayırma zavodları hələ də belə addım atmaqdan çəkinirlər.

İran neftinin ixracındakı artım məhbusların mübadiləsi və xaricdə bloklanmış İran aktivlərinin azad buraxılması yönündə Vaşinqton-Tehran razılaşması dövrünə təsadüf etdiyindən bəzi iş adamları ABŞ-nin İran neftinə qarşı sanksiyaların yumşaldılması ilə bağlı fərziyyələr də irəli sürürlər.

“Mən düşünürəm ki, iranlılara yazılmamış razılıq verilib. Nə qədər ki, xam neft alıcıları qeyri-rəsmi danışıqlar aparacaqlar, onlara qarşı daha heç bir sanksiyalar tətbiq edilməyəcək. Bununla belə, idxalın artması alıcıların risk tolerantlığı və ödəniş məhdudiyyətləri ilə məhdudlaşdırıla bilər”, - “FGA” şirkətinin baş direktoru İman Nasiri deyib.

Rəsmi Pekin dövlət şirkətlərinin İran neftinin idxalına və emalına davam etmədiyini, ABŞ-nin sanksiyalarının və ikinci dərəcəli sanksiyalar təhlükəsinin hələ də çəkindirici olaraq qaldığını bildirib. Bununla yanaşı, Çin uzun müddətdir ki, İrana qarşı sanksiyaların ləğvini tələb edir.
AzVision.az


Teqlər: Çin   İran  





Xəbər lenti