Məşhur müəllimdən Tehrana etiraz: Türmədə dərman atmayacaq

Vəkil vurğulayıb ki, Cəfər İbrahimi hazırda saxlanıldığı həbsxanaya köçürüldükdən sonra vəhşicəsinə döyülüb: “Fiziki işgəncə nəticəsində aldığı bədən xəsarətləri ilə bağlı tibbi ekspertiza rəy verməkdən imtina edir. Müvəkkilim buna etiraz olaraq dərman qəbul etməyəcəyini bildirib”.
Məlumata görə, məhbus müəllim İranın paytaxtı Tehranın yaxınlığında yerləşən Kərəc şəhərindəki Qızılhisar həbsxanasında saxlanılır.
Xatırladaq ki, o, ötən il aprelin 30-da “hökumət əleyhinə təbliğat aparmaq”da ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az
Teqlər: İran