Əminilər ailəsi ev dustaqlığına məhkum edilib

Əminilər ailəsi ev dustaqlığına məhkum edilib
  16 Sentyabr 2023    Oxunub:1150
Sentyabrın 16-sı səhər saatlarında təhlükəsizlik işçiləri Məhsanın atası Əmcəd Əminini bir növ “mühasirə” vəziyyətində olan evindən çıxan kimi həbs edərək, Saqqız Kəşfiyyat idarəsinə təhvil veriblər.
AzVision.az xəbər verir ki, Kəşfiyyat idarəsində Məhsa Əmininin atasına onların qəbr üstünə getməsinə və evi tərk etməyə “ixtiyarı olmadığını” bildiriblər. Onlar əvvəllər öz bəyanatlarında elan etdikləri yubiley mərasiminə qatılmamalıdırlar. Məlumata görə, Əmcəd Əmini dindirildikdən sonra evə qaytarılıb.

Bundan əvvəl Əmini ailəsinə yaxın mənbələr Əmcəd Əmininin son iki həftədə dörd dəfə Saqqız Kəşfiyyat idarəsinə çağırılaraq dindirildiyini söyləyiblər. Onların dediyinə görə, Əmini və ailəsi qızlarının ölümünün ildönümü mərasimini ləğv və mərasimlə bağlı son elanı inkar etmək üçün şiddətli təzyiqlərə məruz qalıb.

Həmçinin məlumatlara görə, təhlükəsizlik əməkdaşları Saqqız Aiçi qəbristanlığına gedən yolları bağlayıblar. Bu səhərdən etibarən Aiçi ziyarətgahına getmək niyyətində olanların hamısı geri qaytarılacaq.
AzVision.az




Teqlər: İran   Əminilər  





Xəbər lenti