Evin həbsxanasında 7 qadın oturaq aksiya keçirib

Etirazçılar bu simvolik addımı “dini avtoritar hökumətin amansız zülmünə” etiraz olaraq və məcburi hicab bəhanəsi ilə xalqın Məhsanın və onlarla başqa iranlı qadın və kişinin haqsız yerə ölümünə yas tutduğu gün atdıqlarını açıqlayıblar.
Onlar, həmçinin Evin qadın həbsxanasına daxil olmaqdan imtina edərək, həbsxananın həyətində “Diktatora ölüm” və “Qadın, Həyat, Azadlıq” şüarları səsləndiriblər.
“Torpaqımızın qız və oğlanlarının küçələrdə və həbsxanalarda haqsız yerə öldürülməsinə və edam edilməsinə, etirazçıların gözlərinin çıxarılmasına, onların həbsinə və işgəncələrə baxmayaraq, bu, həyatımız və ruhumuz üçün qələbəmiz anına qədər mübarizəni davam etdirmək üçün bir ümid və motivasiya alovudur”, - 7 siyasi məhbus qadının bəyanatında deyilir.
Onlardan başqa bir sıra digər siyasi məhbuslar da etiraz edən vətəndaşlarla həmrəy olaraq aclıq aksiyasına başlayıblar.
AzVision.az