Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi

Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
  16 Sentyabr 2023    Oxunub:1068
Meksika təhlükəsizlik qüvvələri narkobaron El Çaponun oğlu Ovidio Quzmanı ABŞ-yə ekstradisiya edib.
Bu barədə ABŞ Prokurorluğundan bildirilib. Xatırladaq ki, o, yanvar ayında Kulyakan şəhərində güclü atışmadan sonra saxlanılmışdı.

Qeyd edək ki, “Sinaloa” narkotik kartelinin rəhbəri olan El Çaponun özü 2017-ci ildə ABŞ-yə ekstradisiya edilib. O, Kolorado ştatında ciddi rejimli Supermaks həbsxanasında ömürlük həbs cəzası çəkir.
AzVision.az



Teqlər: Meksika  





Xəbər lenti