İran Atom Enerjisi üzrə müfəttişlərin akkreditasiyasını ləğv edib

 İran Atom Enerjisi üzrə müfəttişlərin akkreditasiyasını ləğv edib
  16 Sentyabr 2023    Oxunub:1052
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv etmək qərarı barədə məlumat verib.
AzVision.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, bu müfəttişlər zənginləşdirmə texnologiyaları üzrə unikal biliyə malik agentliyin ən təcrübəli ekspertlərindəndir:

“Onlar agentliyin mühafizəsi altında İranın uranın zənginləşdirilməsi obyektlərində mühüm yoxlama işləri aparıblar”.

AzVision.az



Teqlər: İran   AEBA  





Xəbər lenti