İtaliyada təyyarə qəzası olub

İtaliyada təyyarə qəzası olub
  16 Sentyabr 2023    Oxunub:1393
İtaliyanın “Frecce Tricolori” akrobatika komandasının təyyarəsi Turin yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin avtomobilin üzərinə çırpılması nəticəsində beş yaşlı qız həlak olub. Onun doqquz yaşlı qardaşı yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Bu, bazar gününə planlaşdırılan hava şousundan əvvəl təlim uçuşu idi. Təyyarə aerodrom yaxınlığında uçuş-enmə zolağına düşüb və alovlanıb.

AzVision.az



Teqlər: İtaliya   Qəza  





Xəbər lenti