Burkina Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradırlar

 Burkina Faso, Mali və Niger kollektiv müdafiə təşkilatı yaradırlar
  16 Sentyabr 2023    Oxunub:1562
Burkina Faso, Mali və Niger, Sahel bölgəsində kollektiv müdafiə təşkilatı yaradacaq.
AzVision.az xəbər verir ki, bu barədə Malinin müvəqqəti prezidenti Assimi Qoita məlumat verib.

Bununla bağlı tərəflər nizamnamə imzalayıblar:

"Bu gün mən Burkina Faso və Niger başçıları ilə ölkələrimizin xeyrinə kollektiv müdafiə və qarşılıqlı yardım yaratmaq məqsədi ilə Sahel Dövlətləri Alyansı yaradan Liptako-Qurma Xartiyasını imzaladım", - Prezident deyib.

Liptako-Qurma tarixi zonası bu üç dövlətin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplaşmalar fəaliyyət göstərir.

AzVision.az



Teqlər: BurkinaFaso   MalivəNiger  





Xəbər lenti