Ermənistan və Azərbaycan oktyabrda sülh müqaviləsi imzalayacaq?

   Ermənistan və Azərbaycan oktyabrda sülh müqaviləsi imzalayacaq?
  17 Sentyabr 2023    Oxunub:1383
"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində sülh müqaviləsi imzalamağı planlaşdırmır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

“Təəssüf ki, yox. Çünki sənədi imzalamaq planlaşdırılsaydı, onda bu o demək olardı ki, o, maraqlar balansını qoruyur və biz imza atmağa hazırıq.

Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və Azərbaycanla mümkün qədər tez- ilin sonuna qədər, gələn ilin əvvəlində sülh müqaviləsi imzalamaq istəyirik”, - Paşinyan bildirib.

Baş nazir intensiv danışıqların davam etdiriləcəyinə və tərəflərin məsələnin həllinə gələcəklərinə ümid etdiyini bildirib.

"Saziş ilin sonuna qədər imzalana bilərmi?" sualına Paşinyan :“Mən belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm və o, nə qədər gec olsa, bu, öhdəlik baxımından bir o qədər pisdir. Vəziyyətin dəyişəcəyinə ümid etdiyimiz üçün bunu mümkün hesab edirik.

Bakı-Xankəndi dialoqu üzərində işləyirik”, - Paşinyan qeyd edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti