Kadırov komaya düşüb? - Açıqlama

   Kadırov komaya düşüb? -    Açıqlama
  17 Sentyabr 2023    Oxunub:1389
Çeçenistan rəhbəri Ramzan Kadırov onun xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları hava almağa çağırıb.
O bununla bağlı telegram kanalında paylaşım edib.

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”,- o, abunəçilərinə müraciət edib.



Bu şərh Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun Çeçenistan rəhbərinin xəstə olduğunu, vəziyyətinin ağır və ya komada olduğunu deməsindən sonra verilib.

Bu barədə Ukraynanın Telegram kanalları da məlumat yayıb.

Bundan əvvəl Kadırov Ukrayna ilə danışıqları mənasız adlandırmışdı. Onun sözlərinə görə, Rusiya həm döyüş meydanında, həm də beynəlxalq arenada üstünlük əldə edib və qalib gəlir, Rusiyaya qarşı sanksiyalar isə Qərbi iqtisadi çöküşün astanasına gətirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kadırov  





Xəbər lenti