Rusiyada qadın səfərbərlikdən yayındığına görə tutuldu

Rusiyada qadın səfərbərlikdən yayındığına görə tutuldu
  18 Sentyabr 2023    Oxunub:1070
Rusiyada məhkəmə ilk dəfə olaraq qadın əsgəri səfərbərlikdən yayındığına görə məhkum edib.
Bu barədə “Kommersant” qəzeti yazıb. Vladiqafqaz Qarnizonu Hərbi Məhkəməsi Kabardin-Balkar əsilli yefreytor Mədinə Kabalevanın üzrlü səbəb olmadan səfərbərlikdən yayındığını müəyyən edib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsinin 5-ci hissəsi və 3.1-ci hissəsi) və onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Lakin müttəhimin azyaşlı uşağı olduğu üçün cəzanın icrası 2032-ci ilə qədər qüvvəyə minməyəcək. Kabaloevanın müdafiəsi müvafiq hökmdən Cənub Dairə Hərbi Məhkəməsinə apellyasiya şikayəti verəcəklərini bildirib.

Təqsirləndirilən şəxsin özü bildirib ki, xəstəxana hamiləliyi və azyaşlı uşağın olması ilə əlaqədar hərbi xidmətdən azad olunması ilə bağlı tövsiyə təqdim etdiyi üçün komandanlığa hesabat verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti