Taxıl ixracı problemi: Polşa Ukraynanı Aİ-yə buraxmayacaq

      Taxıl ixracı problemi:    Polşa Ukraynanı Aİ-yə buraxmayacaq
  18 Sentyabr 2023    Oxunub:1052
Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib ki, taxıl ixracı məsələsi həll olunmasa, ölkə Ukraynanın Avropa İttifaqına daxil olmasına razı olmayacaq.
Bu barədə “TVN24” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, Aİ-yə daxil olarkən Polşa “çox sərt şəkildə qoyulan” şərtləri yerinə yetirməli idi, indi isə Varşava Ukrayna üçün şərtlər qoymalıdır.

Bundan əvvəl Polşanın keçmiş kənd təsərrüfatı naziri, ölkə prezidentinin müşaviri Yan Kşiştof Ardanovski demişdi ki, Kiyev taxılla bağlı vəziyyət ətrafında “qəribə oyun oynayır” və bunu anlamaq çətindir.

Onun sözlərinə görə, Ukraynanın kənd təsərrüfatı məhsulları istənilən halda Avropa məhsulları ilə rəqabət aparacaq, ona görə də Varşava öz bazarını qorumalıdır.


AzVision.az


Teqlər:





Xəbər lenti