Polşada viza qalmaqalı: XİN rəhbəri istefa verməkdən imtina etdi

      Polşada viza qalmaqalı:    XİN rəhbəri istefa verməkdən imtina etdi
  18 Sentyabr 2023    Oxunub:924
Polşanın xarici işlər naziri Zbiqnev Rau viza qalmaqalına görə vəzifəsini tərk etmək niyyətində deyil.
O, bu barədə Nyu-Yorkda jurnalistlərə bildirib. “Heç bir qalmaqal yoxdur. Məlumatlara baxsanız, qeyd etmək kifayətdir ki, 2022-ci ildə Polşada hər min Polşa sakininə ikidən az viza vermişik. Eyni zamanda, fransalı tərəfdaşlarımız öz ölkələrinin hər 1000 sakininə 20, almanlar isə 10 viza veriblər”, - nazir qeyd edib.

Qeyd edək ki, Polşa konsulluqları rüşvət müqabilində Afrika və Asiyada vizalar verirmiş. Polşa Xarici İşlər Nazirliyi viza prosesində baş verən qanun pozuntuları ilə bağlı davam edən araşdırmaya görə əməkdaşlarından birinin işdən çıxarılmasını elan edib.

Qeyd olunub ki, söhbət hüquqi məsələlər və qanunvericiliyə əməl olunmasının monitorinqi departamentinin direktoru Yakub Osaydedən gedir. Nazirlik həmçinin konsulluq idarəsi və bütün konsulluq idarələrində növbədənkənar yoxlama aparacaq.

Eyni zamanda hökumət prokurorları vizanın sürətləndirilməsi prosesində korrupsiyada şübhəli bilinən yeddi nəfərə qarşı ittiham irəli sürdüklərini və onlardan üçünün müvəqqəti həbs olunduqlarını bəyan ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti