Rusiyada dron çatışmazlığı yaranıb

   Rusiyada dron çatışmazlığı yaranıb
  18 Sentyabr 2023    Oxunub:1048
Çinin pilotsuz uçan aparatların ixracına tətbiq etdiyi məhdudiyyətlər 4 kq-dan çox çəkisi olan komponentlərin və dronların tədarükünün dayandırılmasına səbəb olub və buna görə də Rusiya pərakəndə satış şirkətləri və cihaz istehsalçıları qıtlıqla üzləşiblər.
Bu barədə “Kommersant” qəzeti yazıb. Çin sentyabrın 1-dən bir sıra pilotsuz uçuş aparatları (PUA) və müvafiq avadanlıqlara ixrac nəzarəti tətbiq edib. Çin Xalq Respublikasının Ticarət Nazirliyi bu tədbirlərin dövlət təhlükəsizliyini və maraqlarını qorumaq üçün həyata keçirildiyini izah edib.

“Kommersant” yazıb ki, kənd təsərrüfatında istifadə edilən PUA çatışmazlığı yaranıb. Söhbət təxminən 30-40 kq ağırlığında olan və Rusiyada çox miqdarda istehsal olunmayan dronlardan gedir.

Eyni zamanda, bir çox yerli dron istehsalçıları qəzetə bildiriblər ki, onlar yeni qaydalar qüvvəyə minməzdən əvvəl ehtiyat hissələri alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti