Ukrayna pul üçün yeni mənbələr axtarır

   Ukrayna pul üçün yeni mənbələr axtarır
  18 Sentyabr 2023    Oxunub:1328
Ukrayna artan büdcə kəsirini ödəmək və Rusiya ilə münaqişədə mübarizəni davam etdirmək üçün təcili olaraq yeni maliyyə mənbələri axtarır. Rəsmilər getdikcə daha çox dövlət istiqrazlarını satır, Rusiya aktivlərinə vergi tətbiq edir və Aİ-dən maliyyə yardımı gözləyirlər.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr bildirib ki, Ukraynanın gələn il hərbi xərcləri 45 milyard dollara çata bilər.Eyni zamanda, hökumət 2024-cü ildə 40 milyard dollarlıq büdcə kəsiri ilə üzləşəcək.

Qeyd olunub ki, bu xərcləri kompensasiya etmək üçün yeni tədbirlərə xaricdə özəl investorlara müharibə istiqrazlarının satışı, Euroclear kimi mərkəzlərdə dondurulmuş Rusiya aktivlərinin vergiyə cəlb edilməsi təklifləri və xarici borcların restrukturizasiyası daxildir.

“Uzunmüddətli perspektivdə Ukrayna Aİ-yə üzvlük və bununla bağlı maliyyə yardımı istəyir. Hökumət büdcə kəsirini ödəyə bilməsə, müharibə səylərini maliyyələşdirə bilməyəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti