Sərvinaz Əhmədi Evin həbsxanasında aclıq aksiyasına başlayıb

Sərvinaz Əhmədi Evin həbsxanasında aclıq aksiyasına başlayıb
  18 Sentyabr 2023    Oxunub:817
Evində həbsdə olan uşaq hüquqları müdafiəçisi və tərcüməçi Sərvinaz Əhmədi sentyabrın 17-dən aclıq aksiyasına başladığını açıqlayıb.
AzVision.az xəbər verir ki, Sərvinaz Əhmədi məktubunda həyat yoldaşı Kamiyar Fəkurun həbs cəzasına toxunaraq, Məhsa Əminin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı həbs olunduqlarını yazıb.

Kamiyar Fəkur və Sərvinaz Əhmədi “sistemə və cəmiyyətə qarşı təbliğat aparmaq və sövdələşmə” itithamı ilə müvafiq qaydada 2 il 8 ay və 3,5 il həbs cəzasına məhkum ediliblər.

Xanım Əhmədinin dediyinə görə, sentyabrın 3-də Kamiyar Fəkur və digər 12 məhbus Qəzəlhəsər həbsxanasına deportasiya edilib. Beləliklə, onlar üç həftədir ki, bir-birləri ilə görüşə bilmirlər.

13 məhbus Qəzəlhəsər zindanına köçürülmələrinə qarşı etiraz olaraq aksiyası keçirir və Sərnivaz Əhmədi də bu aksiyaya qoşulacağını yazıb.
AzVision.az




Teqlər: İran   Əhmədi  





Xəbər lenti