"Vaqner"in Afrikadakı döyüşçülərinin taleyi necə olacaq?
Bundan əlavə, Afrika lideri Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurovun ölkəyə səfərini təsdiqləyib. O, bildirib ki, Moskva və Banqi təhlükəsizlik sahəsində məhz dövlət səviyyəsində əməkdaşlıq edirlər.
Bu arada Mərkəzi Afrika Respublikası və Qərb ölkələrinin adı açıqlanmayan rəsmiləri nəşrə bildiriblər ki, döyüşçülər Rusiya Müdafiə Nazirliyinin nəzarətində olacaqlar. Bu məlumatı dolayısı ilə Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quanqica da təsdiqləyib.
Onun sözlərinə görə, döyüşçülər Rusiya Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etsələr, o zaman onların ölkəni tərk etməkdən başqa çarəsi qalmayacaq. Qəzet onu da yazıb ki, Rusiya nümayəndə heyəti analoji məqsədlə “Vaqner”in fəaliyyət göstərdiyi Maliyə də səfər edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: