Ermənistan Müdafiə Nazirliyinin iki məmuru həbs edilib

   Ermənistan Müdafiə Nazirliyinin iki məmuru həbs edilib
  18 Sentyabr 2023    Oxunub:900
Ermənistan Müdafiə Nazirliyinin iki məmuru rüşvət müqabilində qanunsuz olaraq hərbi xidmətdən möhlət almağa kömək etdiklərinə görə həbs ediliblər.
Qeyd olunur ki, hər iki vəzifəli şəxs çağırışçıya hərbi xidmətdən yayınmağa kömək edib və 10 min dollar rüşvət alıblar. Onlar həmçinin iki vətəndaşa 120 min dram (təxminən 300 ABŞ dolları) rüşvət məbləğində təlim-məşq toplanışlarında iştiraklarının vaxtını dəyişdirməyə kömək ediblər.

Hazırda hər iki məmur həbs olunub. Daha səkkiz təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti