Ronaldo İranda

   Ronaldo İranda
  18 Sentyabr 2023    Oxunub:1296
Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo İrana gedib.
Bu barədə ISNA məlumat yayıb. Məlumata görə, komandası ilə birlikdə paytaxt Tehrana gedən Ronaldonu azarkeşlər “Espinas Palace Hotel”ə qədər müşayiət ediblər.

Ronaldo ilə keçirilən görüş zamanı futbolçuya əllə toxunmuş İran xalçası hədiyyə edilib. Xalçanın dəyərinin 120 min manatdan çox olduğu bildirilib. Qeyd edək ki, sabah İranın paytaxtı Tehranın “Azadi” stadionunda “Əl Nəsr” və “Persepolis” komandaları qarşılaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti