Fransa səfiri Rusiya XİN-ə çağırılıb

   Fransa səfiri Rusiya XİN-ə çağırılıb
  18 Sentyabr 2023    Oxunub:816
Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransalı diplomat Pyer Leviyə Yeni Delhidə keçirilən G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən mətbuat konfransına girişi kobud şəkildə qadağan edilmiş iki rusiyalı jurnalistə qarşı Fransa hakimiyyəti nümayəndələrinin ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.

Qeyd olunub ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti