Ermənistan parlamentinin binasını iranlılar təmir edir

   Ermənistan parlamentinin binasını    iranlılar təmir edir
  19 Sentyabr 2023    Oxunub:1088
Ermənistan parlamentinin binasının təmiri və bərpasına iranlı mütəxəssislər cəlb olunub.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

İran Mehridə İrəvan üçün yeni sərhəd-keçid məntəqəsi tikir
Parlamentin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Laura Antonyan “Joxovurd” qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. O qeyd edib “Arev, Luys, Cascade” ixtisaslaşmış lift şirkəti tenderdə qalib gəlib. Onlar parlamentdə liftlərin dəyişdirilməsi üçün ən aşağı qiymət təklif ediblər.

"Bu şirkət həm də lift istehsalı ilə məşğuldur. Onların iki iranlı mütəxəssisi var ki, həmin şəxslər quraşdırma ilə bağlı problemlərin yaşanmaması üçün texniki işlərə cəlb olunublar. İki iranlıdan başqa, təşkilatda altı erməni də var. Yəni liftlərin quraşdırılması ilə cəmi 8 nəfər məşğul olur”, - Antonyan nəşrə bildirib.

Xatırladaq ki, qəzet bundan öncə yayboyu parlamentdə aktiv təmir işləri aparılması barədə məlumat yaymışdı. Qeyd dilirdi ki, açıq səma altında kafe üçün sahə hazırlanıb, komitə iclaslarının keçiriləcəyi otaqlar təmir olunub. İndi isə parlamentin liftlərinin dəyişdirilməsi qərarı verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Parlament   Təmir  





Xəbər lenti