Azadlığa buraxılan Siamak Namazi Baydenə müraciət ünvanlayıb

Azadlığa buraxılan Siamak Namazi Baydenə müraciət ünvanlayıb
  19 Sentyabr 2023    Oxunub:1030
Azadlığa çıxan 5 amerikalı məhbusdan biri olan Siamak Namazi İran hökumətinin xarici vətəndaşları girov götürməsinin qarşısını almaq üçün ABŞ prezidentindən beynəlxalq səylərə başlamaq üçün digər dünya liderləri ilə əlaqə saxlamağı xahiş edib.
AzVision.az xəbər verir ki, 51 yaşlı İran əsilli amerikalı Namazi məhbusları daşıyan Qətər təyyarəsi Dohaya enərkən belə bəyanatla çıxış edib.

“Son 44 il ərzində İran rejimi günahsız amerikalıları və digər xarici vətəndaşları həbs və onların azadlığı ilə ticarət etmək kimi çirkin oyuna yiyələnib. Cənab Bayden, mən azadlığın ilk nəfəsini alarkən, siz BMT-də dünya liderləri ilə söhbət edəcəksiz. Sizi girov götürməni əsas prioritet hesab edərək, bu oyunu dəyişdirmək üçün qlobal səy göstərməyə çağırıram”, - Namazi deyib.

Onun sözlərinə görə, yalnız azad dünya, nəhayət, insan həyatından sadəcə bir rıçaq kimi istifadə edənlərə ağır nəticələr verməyə razılaşarsa İran rejimi və onun kimiləri fərqli seçimlərə getmək məcburiyyətində qalacaqlar.
AzVision.az



Teqlər: Namazi   Bayden  





Xəbər lenti