Tramp: “Axmaq Bayden 6 milyard dollar ödədi, İran heç nə vermədi”
“Mən prezidentliyim dövründə Şimali Koreya da daxil olmaqla müxtəlif ölkələrdən 58 girovu evə gətirmişəm və heç vaxt heç nə ödəməmişəm. Hamı başa düşürdü ki, bu insanlar evə qayıtmalıdır. Nəticədə, ölkələr pul istəməklə bağlı heç bir söz demirdilər, çünki pulu ala bilməyəcəklərini anlayırdılar. Bir dəfə ödəsən, həmişə ödəyəcəksən. Bizim kobud, səriştəsiz liderimiz, fırıldaqçı Co Bayden 5 nəfər üçün 6 milyard dollar ödədi, İran isə 5 nəfərə görə heç nə ödəmədi”, - Tramp vurğulayıb.
AzVision.az
Teqlər: