Tehranla Ankara 6 məhbusun mübadiləsini aparıblar

Tehranla Ankara  6 məhbusun mübadiləsini aparıblar
  19 Sentyabr 2023    Oxunub:919
İran və Türkiyə arasında 6 iranlı və türkiyəli məhbusun mübadiləsi həyata keçirilib.
AzVision.az xəbər verir ki, İranın Ədliyyə nazirliyinin İnsan haqları və Beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlalyan belə məlumat açıqlayıb. məlumat verib.

İranlı məmur iki ölkənin məhkumların təhvil verilməsi komitəsinin bu yaxınlarda Ankarada keçirilən iclasında bu məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını vurğulayıb.

“Üç İran və üç Türkiyə vətəndaşının mübadiləsi İranın Ədliyyə nazirliyinin nümayəndə heyətinin Ankaraya son səfərinin və Türkiyə Ədliyyə nazirliyinin rəsmiləri ilə aparılan məsləhətləşmələrin nəticəsidir. Həbsxanaya məhkum olunmuş məhbusların təhvil verilməsi, şərtlər və razılıqları təmin edilərsə, ölkəmizdə həbsdə olan əcnəbilərin öz ölkələrinə köçürülməsi üçün insan haqları ilə bağlı müqavilələri həyata keçirməyə çalışırıq və bunun müqabilində müqavilələrin tərəflərindən eyni gözləntimiz var”, - Əsgər Cəlalyan deyib.

Türkiyədə iranlı məhbusların sayı getdikcə artdığını deyən iranlı məmur, bunun əsas səbəbini Türkiyədə bir sıra cinayətlərə, xüsusilə də narkotik maddələrə görə, çox ağır cəzaların nəzərdə tutulması ilə izah edib. Bu baxımdan da, Cəlalyan İran vətəndaşlarına getdikləri ölkələrdəki qanunlar və məhdudiyyətlərlə əvvəlcədən yaxından tanış olmaqlarını tövsiyyə edildiyini bildirib.
AzVision.az


Teqlər: İran   Türkiyə  





Xəbər lenti