Şoyqu Baqiri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

   Şoyqu Baqiri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
  19 Sentyabr 2023    Oxunub:1011
Tehranda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Məhəmməd Baqiri arasında danışıqlar aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, onlar Suriya, Əfqanıstan, eləcə də Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Şoyqu səfəri zamanı ikitərəfli hərbi əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirəsini təklif edib.

"Müzakirə edilməli məsələlər çoxdur. Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir", - Şoyqu bildirib.

AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti