Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası olacaq

   Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının    Qarabağla bağlı iclası olacaq
  19 Sentyabr 2023    Oxunub:921
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.

“Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib.

Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.

Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.
AzVision.az



Teqlər: BMT  





Xəbər lenti