Erməni bloger Azərbaycan prezidentinə müraciət etdi

   Erməni bloger Azərbaycan prezidentinə müraciət etdi
  20 Sentyabr 2023    Oxunub:930
Erməni bloger Natali Aleksanyan Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edib:
“Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölüm və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların yanğından çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız.

Hörmətlə, Natali Aleksanyan".

Azərbaycan Müdafiə Nazirliyi ötən gün Qarabağ ermənilərinə müraciət edərək, Laçın və digər istiqamətlərdə humanitar dəhlizlərin açıldığını elan etməklə yanaşı, mülki şəxslərə də izah edib ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbələrinin hədəfi yalnız qanunsuz hərbi dəstələrdir.

AzVision.az


Teqlər:





Xəbər lenti