Koffi: "Azərbaycanın bütün hərbi əməliyyatları ölkə daxilində aparılır"

      Koffi:    "Azərbaycanın bütün hərbi əməliyyatları ölkə daxilində aparılır"
  20 Sentyabr 2023    Oxunub:1085
“Hudson” İnstitutunun milli təhlükəsizlik və xarici siyasət üzrə araşdırmaçısı Lyuk Koffi Azərbaycanla bağlı diqqət çəkən paylaşım edib.
O, “X” sosial şəbəkəsində yazıb: “Beynəlxalq hüquqa görə, Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir. Hazırda Azərbaycanın bütün hərbi əməliyyatları ölkə daxilində aparılır. Ermənistan işğal olunmur. Azərbaycanın daxilində yerləşən erməni qoşunlarına hücum edilir. Bunlar faktlardır”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti