Rusiyanın İrəvandakı səfirliyinə giriş bərpa olundu

 Rusiyanın İrəvandakı səfirliyinə giriş bərpa olundu
  20 Sentyabr 2023    Oxunub:840
Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş bərpa olunub. Polis səfirliyə girişi bağlayan etirazçılardan bir neçəsini saxlayıb.
"Sputnik Ermənistan"ın verdiyi məlumata görə, 5 erməni inzibati xətaya görə polis bölmələrinə aparılıb.

Xatırladaq ki, İrəvanda hökumət əleyhinə keçirilən aksiya zamanı 34 nəfər xəsarət alıb. Onlar arasında 16 polis və 18 mülki şəxs də var.


AzVision.az


Teqlər:





Xəbər lenti