"Dost ölkə Ermənistanla əlaqələrin daha da dərinləşəcəyinə ümid edirəm" - Rəisi

   "Dost ölkə Ermənistanla əlaqələrin daha da dərinləşəcəyinə ümid edirəm"    - Rəisi
  21 Sentyabr 2023    Oxunub:982
İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.
O qeyd edib ki, İran regionda sülh və sabitliyin bərqərar olması üçün bütün imkanlarından istifadə etməyə hazırdır: “İran qonşuluq siyasətinin bir hissəsi olaraq Cənubi Qafqazda təhlükəsizlik və rifahı təşviq etməyə çalışır, bu regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Ermənistan prezidenti Vaaqn Xaçaturyana göndərilən müraciətdə isə əməkdaşlığın artan tendensiyası və dinamikası xüsusi olaraq qeyd olunub. Rəisi iki dost, qonşu ölkə arasında əlaqələrin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümid etdiyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti