Ermənistanda aksiyaçılar kütləvi aclığa keçdilər

   Ermənistanda aksiyaçılar kütləvi aclığa keçdilər
  21 Sentyabr 2023    Oxunub:837
Ermənistanda hökmət əleyhinə etirazlara qoşulan Demokratik Konsolidasiya Partiyasının sədri Suren Petrosyan kütləvi aclıq aksiyasına başladığını elan edib.
"Bütün din xadimləri, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin, ziyalıların nümayəndələri, elm, mədəniyyət xadimləri, idmançılar bu mübarizəyə qoşulmalıdırlar. Onların hamısı bu mübarizənin bir hissəsi olmalıdır", -Petrosyan bildirib.

O əlavə edib ki, bundan sonra hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq konkret və çevik addımlar təqdim olunacaq.

Artıq iki gündür ki, İrəvanın mərkəzində etiraz aksiyaları keçirilir. Etirazçılar hakimiyyətin Qarabağla bağlı siyasətindən narazıdırlar və baş nazir Nikol Paşinyanın və onun bütün komandasının istefasını tələb edirlər.

Şahanə Rəhimli

AzVision.az




Teqlər:





Xəbər lenti